Formu doldur və bütün xidmətlərə 100 azn endirim əldə et
post

Web saytınız biznesinizin inkişafında rol oynayan əsas vasitələrdən biridir. Çünki, saytınız biznesinizi müştərilərə tanıdan əsas vasitələrdən biridir. İstər bazarda tanınmaq, istərsə də biznesinizi inkişaf etdirmək üçün saytınızın olmağı vacibdir.

Texnologiyanın sürətlə inkişaf etdiyi və dəyişdiyi bu zamanda web saytların dizaynı davamlı olaraq yenilənməlidir. Biznesinizin uğurlu olmasını və müştərilərinizin tələblərini davamlı olaraq qarşılamaq üçün saytınızın dizaynı və funksiyaları müasir trendlərlə uyğunlaşmalıdır.

Web saytınızın köhnəldiyini göstərən əsas əlamətlər:

1. Köhnə Dizayn və Font

Kiçik şriftli yazılar, yeni fontlardan az istifadə web saytınızın yenilənməsinin vacibliyini göstərən əsas əlamətlərdən biridir. Müasir dizayn və düzgün rəng çalarlarından istifadə istifadəçilərin saytınıza daxil olarkən aldığı ilk təəssüratları formalaşdırır. Daha xoş fikirlərlə saytdan ayrılan müştəri sizin biznesinizdən yararlanmaqda maraqlı olacaq.

Image
2. Müasir Kontentlərin Azlığı

Əgər saytınızın ana səhifəsində 2015-ci ilin trend dizaynları barədə məlumatlar varsa, istifadəçi saytın artıq işlək olmadığını düşünüb ayrılacaq. Çünki istifadəçilər gündəmdə olan informasiya və trendlər barədə məqalələr oxumaqda daha maraqlıdırlar. Ona görə də saytınızda olan kontentlərin və məlumatların gündəmdə olub olmadığını davamlı olaraq nəzərdən keçirmək və yeni yazılardan istifadə etmək lazımdır.

Image
3. Smartfon və Tablet kimi Cihazlara Uyğun Olmaması

Veb saytınızın smartfon və tablet kimi cihazlarda öz effektiv işləkliyini qoruması vacibdir. Komputerimiz yanımızda olmadığı zaman smartfonlardan və ya tabletlərdən sayta giriş üçün istifadə edirik. Yəqin ki, telefon və ya tabletinizlə müxtəlif saytlara giriş etmisiniz. Bəzən web sayt smartfona uyğun dizayn olunduğu üçün effektiv vizual görüntü ilə qarşılaşırıq, lakin bütün web saytlar komputerdən başqa cihazları tam dəstəkləmir.

Image
4. Saytınızın Gec Yüklənməsi

Linkə daxil olduqdan sonra saytın açılması üçün tələb olunan müddətin uzun olması arzuolunan bir hal deyil. İstifadəçi web sayta daxil olduğu zaman səhifənin yüklənməsi üçün 3 saniyədən artıq gözləyərsə, artıq saytın funksional olmadığını düçünəcək. Statistikalara görə, 30% istifadəçilər gözləmə müddəti 3 saniyəni keçdikdə artıq saytı tərk edir. Gözləmə müddəti 5 saniyədən çox olduqda bu göstərici 60%-ə çatır.

Image
Bizə Yaz