Formu doldur və bütün xidmətlərə 100 azn endirim əldə et
post

Web sayta ilk dəfə daxil olduqda istifadəçilərdə bu sayt haqqında müəyyən təəssürat formalaşır. Müasir dizayn, saytın yüklənməsi üçün gözlədiyiniz vaxtın qısa olması, kontentlərin gündəmə uyğun olması kimi amillər istifadəçilərdə xoş təəssüratlar yaradır. Əks halda, onlar saytın funksional olmadığı qənaətinə gələcəklər.

Web saytınızın funksionallığnı qorumaq, istifadəçi sayını yüksək tutmaq üçün bəzi amillərə diqqət yetirilməlidir.

1. Saytınızın Məqsədi

Adətən web saytlar yığılarkən web developerlərin daha çox diqqət yetirdikləri amil saytın texniki göstəricilərinin yüksək səviyyədə olmasıdır. Lakin bir çox hallarda web saytın isitfadəçilərə çatdırmaq istədiyi mesaja, biznesinizin təklif etdiyi xidmətlərin saytda düzgün şəkildə ifadə edilməsinə diqqət yetirilmir. Bu həm bazarda saytın reputasiyasının aşağı düşməsinə, həm də biznesinizin inkişafına mənfi təsir göstərir. Çünki web saytınız yalnız biznesinizi bazara və müştərilərə tanıtmır, eləcə də daha müasir kommunikasiya vasitələrini və xidmətlərin aydın şəkildə məzmununu müştərilərə təklif edir.

2. Saytın İstifadə Rahatlığı

Bir çoxları web saytın istifadə rahatlığının onun dizaynı ilə birbaşa əlaqəli olduğunu düşünür. Lakin, saytın müasir dizaynı istifadəçidə yalnız vizual təəssüratlar yaradır. Saytınıza ilk dəfə daxil olan istifadəçinin yenidən saytınızdan istifadə etməsini istəyirsinizsə, o zaman saytınızda müasir dizaynla yanaşı istifadə rahatlığını artıran funksiyalar da olmalıdır. Web saytınızın effektiv axtarış funksiyası, məhsul və ya servislərin istifadəçilərin istəklərinə uyğun çeşidlənməsi, istifadəçilərin maraqlandığı məhsul və servislərin xüsusi səbətə atılması kimi funksiyalar saytın istifadə rahatlığını artıran amillərdəndir.

3. Naviqasiya və ya Yönləndirmə

Web saytınızın effektiv naviqasiya sisteminin olması həm saytın istifadə rahatlığını artırır, həm də istifadəçinin istədiyi məhsul və servisi qısa zamanda tapmasına kömək edir. Məsələn, istifadəçi biznesinizin hansı xidmətlər təklif etdiyini bilmək istəyirsə, saytda xidmətlər bölməsini seçəcək. İstifadəçiyə SEO haqqında məqalələr lazımdırsa, saytın bloqlar bölməsinə və daha sonra SEO bölməsinə daxil olacaq. Sayt hazırlanarkən yönləndirmə sistemlərindən istifadə edən web developerlərin sayı çoxdur, lakin daha detallı, istifadəçilərin tələblərinə və rahatlığına daha uyğun naviqasiya sistemli web saytların sayı o qədər də çox deyil.

4. Effektiv Vizual Görüntü

Web saytın dizaynının müasir olması, smartfon və tabletlərdə effektivliyini qoruması saytın funksionallığını artıran əsas amillərdəndir. Ana səhifədə gündəmdə olan kontentlərdən istifadə, saytın dizaynının trendlərə uyğun şəkildə yenilənməsi istifadəçilərin saytınıza və biznesinizə olan marağının artmasında mühüm rol oynayır. Web saytınızın istifadəçi sayını yüksək tutmaq, biznesinizi inkişaf etdirmək istəyirsinizsə, funksional və müasir dizaynlardan istifadə mütləqdir.

Bizə Yaz